
“Sabah” futbol komandasının 2019/2020 mövsümü üçün hazırlıq planı bəlli olub.
Klubun mətbuat xidmətindən Sportnet.az verilən məlumata görə, kollektiv iyunun 17-də Bakıda toplaşacaq. Paytaxtda baş tutacaq hazırlıq iyulun 13-dək davam edəcək. Bu müddətdə 4 yoxlama oyunu nəzərdə tutulub.
Hazırlığın ikinci mərhələsi isə Türkiyənin Bolu şəhərində olacaq. Paytaxt komandası iyulun 16-da qonşu ölkəyə yollanacaq. Buradakı hazırlıq prosesi iyulun 29-dək davam edəcək. “Sabah” Boluda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
Qeyd edək ki, "Sabah" 2018-2019 mövsümünü 27 xalla 7-ci pillədə başa vurub.