Portuqaliyanın “Eştoril” klubunun Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov dair apellyasiya şikayəti təmin olunmayıb.
Sportnet.az xəbər verir ki, Eştorilin eyni adlı təmsilçisi 20 yaşlı hücumçunun 3 oyunluq cəzasının endirilməsi üçün Portuqaliya Futbol Federasiyasının İntizam Şurasına müraciət etsə də, cavab mənfi olub.
Qeyd edək ki, Renat Dadaşov Sequndanın XXXII turunda evdə “Akademiko Viseu”ya 1:3 hesabı ilə uduzduqları oyunun 54-cü dəqiqəsində birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb və mövsümü erkən vurub. O, AVRO-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstan, 11-də isə Slovakiya yığmaları ilə oyunlar üçün milliyə dəvət alıb.