“Azərbaycanda keçirdiyim ilk mövsümdə titul qazandığım üçün şadam”.
Bunu Sportnet.az-a “Qəbələ”nin futbolçusu Davit Volkovi Azərbaycan Kubokunun finalında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib.
24 yaşlı gürcüstanlı hücumçunun sözlərinə görə, Naxçıvanda qazanılan kubokun “Qəbələ”nin ilk titulu olması uğurun əhəmiyyətini ikiqat artırır: “Qəbələ” ilə dekabra qədər müqaviləm var. Klubun taleyinin qeyri-müəyyən olması söhbəti barədə heç nə deyə bilmərəm. Necə olacağını bilmirəm”.