İngiltərənin "Brayton" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, kollektiv Qrem Potterə tapşırılıb. O, bu postda Kris Hyutonu əvəzləyib.
Qeyd edək ki, "Brayton" cari mövsüm İngiltərə Premyer Liqasında 36 xal toplayaraq 17-ci olub və çempionatda qalmağı bacarıb.