"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı Naxçıvanda "Sumqayıt"la keçirdikləri Azərbaycan Kubokunun final matçında son anda meydana çıxmamasının səbəbini açıqlayıb.
Ukraynalı qapıçısı Sportnet.az-a açıqlamasında köhnə zədəsini təzələdiyini bildirib. Bu səbəbdən, 36 yaşlı oyunçu son anda iştirak ərizəsindən çıxarıldığını diqqətə çatdırıb.
Bezotosnı klubdakı taleyinə aydınlıq gəlmədiyini də söyləyib: "Artıq "Qəbələ" ilə müqaviləm bitib. Bundan sonra komandada qalıb-qalmayacağımı bilmirəm".