"Neftçi”nin futbolçusu Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasının düşərgəsinə qoşulub.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi iyunun 6-dək yığmanın təlim-məşq toplanışında olacaq.
Qeyd edək ki, Mamadu Kane son mövsümün ikinci yarısından etibarən "Neftçi”nin heyətində 9 oyun keçirib.