
"Səbail" klubu ilk yay transferini həyata keçirib.
Sportnet.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, "Zirə"dən ayrılan qapıçı Kamal Bayramovla müqavilə bağlanılıb. Sözləşmə müddəti bir illikdir.
Qeyd edək ki, "Səbail" 2018-2019 mövsümündə Azərbaycan Premyer Liqasının bürünc medalçısı kimi tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanıb.