
İngiltərənin "Çelsi" klubu Bakıda "Arsenal"a qarşı keçirəcəyi Avropa Liqasının final matçından əvvəl qapıçısı Villi Kabalyero ilə müqaviləni uzadıb.
Sportnet.az-ın "zadəganlar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı qolkiperlə yeni sözləşmə 2019/2020 mövsümünün sonunadək nəzərdə tutulub.
"Göylər" argentinalı oyunçudan əvvəl fransalı hücumçusu Olivye Jiru ilə də 1 illik anlaşma əldə edib.
Qeyd edək ki, Kabalyero "Çelsi"yə 2017-ci ilin yayında "Mançester Siti"dən, Jiru isə 2018-ci ilin yanvarında "Arsenal"dan keçib. Final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.