“Adətən, “Arsenal” ilə matçlarda açıq futbol oynayırıq. Rəqibin iki səviyyəli hücumçusu var – Aleksandr Lyakazett və Pyer-Emerik Obameyanq”.
Sportnet.az-ın məlumata görə, bunu İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Mauritsio Sarri Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı barədə danışarkən deyib.
İtaliyalı mütəxəssis həlledici oyunda qarşılaşacaqları Londonun digər təmsilçisi “Arsenal” haqqında xoş sözlər söyləyib: “Arsenal” əla hücum edir, aqressiv oynayır və necə təzyiq göstərməyin lazım olduğun bilir. Onlarla mübarizə aparmaq asan deyil. Biz finalda Çempionlar Liqasına düşmək üçün oynamaq istəmirik. Ora çempionat vasitəsilə vəsiqə qazanıb titul götürməyi arzulayırıq. Final bizim üçün önəmlidir. “Çelsi” bu mövsüm titula layiqdir”.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.