2020-ci il Avropa çempionatının seçmə mərhələsində III tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, turun ikinci oyun günündə 5 qrupda 13 qarşılaşma təşkil olunub. İ, J və H qruplarında 3, C və E qruplarında isə 2 matç keçirilib.
C qrupunda Almaniya millisi səfərdə Belarusa, Şimali İrlandiya isə Estoniyaya qalib gəlib.
E qrupunda Azərbaycan millisi evdə Macarıstana uduzduğu halda, Xorvatiya Uelsə qalib gəlib. Hər iki qalib komanda 6 xalla turnir cədvəlinə başçılıq edir.
Turun mərkəzi oyunu H qrupunda keçirilib. Son dünya çempionu Fransa səfərdə Türkiyə ilə qarşılaşıb. Konya şəhərində təşkil olunmuş qarşılaşma "ay-ulduzlular"ın tarixi qələbəsi ilə yekunlaşıb. Fransaya ilk dəfə qalib gələn Türkiyə qrupda maksimum nəticə ilə vahid liderə çevrilib.
Qrupun digər matçlarında İslandiya Albaniyanı, Moldova Andorranı minimal hesabla məğlub edib.
I qrupunda favorit sayılan Belçika millisi Qazaxıstana, Rusiya autsayder San Marinoya 9 cavabsız qolla qalib gəlib. ilə üz-üzə gələcək. Şotlandiya isə Kipri yenməyi bacarıb.
Sonuncu J qrupunda isə favorit İtaliya səfərdə Yunanıstanı məğlubiyyətə uğradıb. Qrupun digər matçlarında Lixtenşteyn səfərdə Ermənistana böyük hesabla uduzub. Azərbaycan millisinin sabiq baş məşqçisi Roberto Prosineçkinin hazırda rəhbərlik etdiyi Bosniya və Hersoqovina isə Finlandiyaya məğlub olub.
AVRO-2020
Seçmə mərhələ, III tur
8 iyun
C qrupu
20:00. Estoniya – Şimali İrlandiya - 1:2
Qollar: Konstantin Vasilyev, 25 - Konor Vaşinqton, 77. Coş Macennis, 80
22:45. Belarus - Almaniya - 0:2
Qollar: Leroy Sane, 13. Marko Roys, 62
Xal durumu: Ş.İrlandiya - 9 (3 oyuna) , Almaniya – 6 (2), Hollandiya – 3 (2), Estoniya – 0 (2), Belarus – 0 (3).
E qrupu
17:00. Xorvatiya - Uels - 2:1
Qollar: Ceyms Lourens, 17 (öz qapısına). İvan Perişiç, 48 - Devid Bruks, 77
20:00. Azərbaycan – Macarıstan - 1:3
Qollar: Mahir Mədətov, 69 - Villi Orban, 18; 53. David Holman, 71
Xal durumu: Macarıstan - 6 (3 oyuna), Xorvatiya - 6 (3), Slovakiya - 3 (2 oyuna), Uels – 3 (2), Azərbaycan – 0 (2).
H qrupu
17:00. İslandiya - Albaniya - 1:0
Qol: Yohan Qudmundsson, 22
20:00. Moldova - Andorra - 1:0
Qol: İqor Armaş, 8
22:45. Türkiyə - Fransa - 2:0
Qollar: Kaan Ayxan, 30. Cengiz Ünder, 40
Xal durumu: Türkiyə - 9, Fransa – 6, İslandiya – 6, Albaniya – 3, Moldova – 3, Andorra – 0.
I qrupu
20:00. Rusiya – San Marino - 9:0
Qollar: Mikele Çevoli, 25 (öz qapısına). Artyom Dzyuba, 31 (penalti ilə); 74; 76; 88. Fyodor Kudryaşov, 36. Anton Mirançuk, 41. Fyodor Smolov, 77; 83
Dəqiq yerinə yetirilməyən penalti: Artyom Dzyuba, 75
22:45. Belçika - Qazaxıstan - 3:0
Qollar: Dris Mertens, 11. Timoti Kastan, 14. Romelu Lukaku, 50
22:45. Şotlandiya - Kipr - 2:1
Qollar: Endi Robertson, 61. Oliver Berk, 89 - Yannis Kusulos, 87
Xal durumu: Belçika – 9, Rusiya - 6, Şotlandiya - 6, Kipr – 3, Qazaxıstan – 3, San Marino – 0.
J qrupu
20:00. Finlandiya – Bosniya və Hersoqovina - 2:0
Qollar: Teemu Pukki, 56; 68
20:00. Ermənistan – Lixtenşteyn - 3:0
Qollar: Gevorq Kazaryan, 2. Aleksandr Karapetyan, 18. Tiqran Barseqyan, 90+1
22:45. Yunanıstan - İtaliya - 0:3
Qollar: Nikolo Barella, 23. Lorentso İnsinye, 30. Leonardo Bonuççi, 33
Xal durumu: İtaliya – 9, Finlandiya – 6, Yunanıstan – 4, Bosniya və Hersoqovina – 4, Ermənistan – 3, Lixtenşteyn – 0.