
“Neftçi” klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Sportnet.az xəbər verir ki, yarımmüdafiəçi Rəhman Hacıyevlə daha 1 illik razılıq əldə olunub. Anlaşmaya görə, 25 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, 2014/2015 mövsümündən “Neftçi”də çıxış edən Rəhman Hacıyev bu müddət ərzində meydana çıxdığı 145 oyunda 15 qola imza atıb.