
Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.
Sportnet.az xəbər verir ki, həftənin açılış matçında "Sumqayıt" "Səbail"i qəbul edib. "Kapital Bank Arena"da baş tutan görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:0.
Qarşılaşmada hesabı 10-cu dəqiqədə penaltidən Ağabala Ramazanov açıb. 51-ci dəqiqədə isə Şəhiryar Rəhimov fərqlənib. Matçın 69-cu dəqiqəsində Ramazanov dublunu rəsmiləşdirib.
Beləliklə, xalını 6-ya çatdıran "Səbail" 1-ci pilləyə yüksəlib. Növbəti sıralardakı "Qarabağ" və "Sumqayıt"ın 3 xalı var.
Qeyd edək ki, II tura bazar günü keçiriləcək "Sabah" - "Keşlə", "Qarabağ" - "Qəbələ" və avqustun 26-da reallaşacaq "Zirə" - "Neftçi" oyunları ilə yekun vurulacaq.
------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, 3 günü əhatə edəcək həftənin açılış matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. “Kapital Bank Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Hər iki kollektiv çempionatın ilk turunda qələbə qazanıb. Ayxan Abbasovun baş məşqçilik etdiyi "Gənclik şəhəri" təmsilçisi səfərdə "Qəbələ"dən üstün olub - 2:0. "Səbail" isə evdə "Zirə"ni 1 cavabsız qolla məğlub edib.
Komandalar bu vaxta qədər Premyer Liqada 8 dəfə üz-üzə gəliblər və hərəyə 3 qələbəyə seviniblər. Qələbələrin sayında olduğu kimi topların nisbəti də bərabərdir - 6:6. "Səbail" Aftandil Hacıyevin rəhbərliyi altında son iki görüşdə "Sumqayıt"a uduzmayıb.
Qeyd edək ki, II turun "Sabah" - "Keşlə" və "Qarabağ" - "Qəbələ" oyunları avqustun 25-də, "Zirə" - "Neftçi" dueli isə avqustunda 26-da olacaq.
24 avqust (şənbə)
19:00. “Sumqayıt” – “Səbail” - 0:3
Qollar: Ağabala Ramazanov, 10 (penalti ilə); 69. Şəhriyar Rəhimov, 51
Qolla nəticələnməyən penalti: Əmir Ağayev, 90+7 ("Sumqayıt")
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sumqayıt, “Kapital Bank Arena”