"Qarabağ" klubunun sabiq futbolçusu Donald Gerye "Neftçi" ilə müqavilə bağlamaq üçün Bakıya gəlib.
Sportnet.az-ın məlumatına görə, Haiti millisinin müdafiəçisi ilə sözləşmə bu gün rəsmiləşəcək. Onun 2 illik anlaşmaya imza atacağı gözlənilir.
Qeyd edək ki, Donald Gerye "Qarabağ"da ötən iki mövsüm ərzində forma geyinib. O, İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasındakı sorğusu nəticəsində 2018-ci ilin ən yaxşı əcnəbi futbolçusu seçilib.