AFFA-nın təşkilatçılığı ilə qadın futbolunda çalışan məşqçilər üçün C kateqoriyalı məşqçi kursu keçirilib.
Sportnet.az xəbər verir ki, kurs təlimatçı Aslan Kərimov, 19 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçiləri - Vüqar Əsgərli və Zamir Həsənovun iştirakı ilə baş tutub. 
AFFA-nın Futbol akademiyasında kursu müvəffəqiyyətlə başa vuran məşqçilərə müvafiq diplomlar təqdim olunub.









                 





    
    
    
    
    
    
    
    
    























































