
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uels yığmasının qonağı olan Azərbaycan millisi Kardiffdə dəstəksiz qalmayıb.
Sportnet.az xəbər verir ki, komandanı həm Böyük Britaniyada yaşayan, həm də Avropanın digər ölkələrindən, eləcə də Azərbaycandan gələn ümumilikdə 100-ə yaxın azarkeş dəstəkləyir.
Qeyd edək ki, Kardiff şəhər stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 22:45-də başlayıb. Hazırda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanır.