Azərbaycan Premyer Liqasının III turunun rəmzi komandası və ən yaxşı futbolçusu açıqlanıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, “11-liy”ə “Qarabağ”ın 6, “Neftçi”nin 3, “Keşlə”nin isə 2 futbolçusu düşüb.
Həftənin ən yaxşısı oyunçusu isə 362 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintanadır. İspaniyalı oyunçu “Səbail”ə qarşı görüşdə 90 dəqiqə meydanda olub, 1 qol və məhsuldar ötürmə ilə yadda qalıb.
Qapıçı: Şahruddin Məhəmmədəliyev - 285 (“Qarabağ”)
Müdafiəçilər: Azər Salahlı - 283 (“Keşlə”), Anton Krivotsyuk - 280 (“Neftçi”), Kiril Petrov – 277 (“Neftçi”), Abbas Hüseynov - 321 (“Qarabağ”)-3
Yarımmüdafiəçilər: Stiven Monroz – 285 (“Neftçi”), Qara Qarayev - 351 (“Qarabağ”), İsmayıl İbrahimli - 312 (“Qarabağ”)-3, Dani Kintana – 362 (“Qarabağ”)
Hücumçular: Mahir Emreli - 327 (“Qarabağ”), Lorenzo Frutos - 282 (“Keşlə”)