Azərbaycan millisinin futbolçuları Anton Krivotsyuk və Dmitri Nazarov AVRO-2020-nin seçmə mərhələsində cəzalı duruma düşüblər.
Sportnet.az xəbər verir ki, buna səbəb 21 yaşlı mərkəz müdafiəçisi ilə 29 yaşlı yarımmüdafiəçinin Xorvatiya ilə ev oyununda sarı vərəqə alaraq, limiti doldurmalarıdır. Müvafiq olaraq 62-ci və 66-cı dəqiqələrdə vərəqə görən yığma üzvləri oktyabrın 13-də Macarıstanla səfər görüşünü buraxacaqlar.
Qeyd edək ki, hazırda hesab 1:1-dir.