Futbol üzrə Azərbaycan milli komandasının AVRO-2020-non seçmə mərhələsində Uels və Slovakiya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç 24 futbolçuya dəvət göndərib.
“Keşlə”nin yarımmüdafiəçisi Vüsal İskəndərli ilk dəfə yığmaya çağrılıb.
| № | AD, SOYAD | KLUB |
| 1 | Səlahət Ağayev | Neftçi |
| 2 | Emil Balayev | Tobol (Qazaxıstan) |
| 3 | Mehdi Cənnətov | Sumqayıt |
| 4 | Maksim Medvedev | Qarabağ |
| 5 | Bədavi Hüseynov | Qarabağ |
| 6 | Abbas Hüseynov | Qarabağ |
| 7 | Şəhriyar Əliyev | Sumqayıt |
| 8 | Anton Krivotsyuk | Neftçi |
| 9 | Pavel Paşayev | Oleksandriya (Ukrayna) |
| 10 | Şəhriyar Rəhimov | Səbail |
| 11 | Təmkin Xəlilzadə | Sabah |
| 12 | Bəhlul Mustafazadə | Sabah |
| 13 | Qara Qarayev | Qarabağ |
| 14 | Riçard Almeyda | Qarabağ |
| 15 | Emin Mahmudov | Neftçi |
| 16 | Dmitri Nazarov | Erzgebirge Aue (Almaniya) |
| 17 | Cavid Hüseynov | Zirə |
| 18 | Eddi İsrafilov | Albasete (İspaniya) |
| 19 | Ağabala Ramazanov | Səbail |
| 20 | Araz Abdullayev | Qarabağ |
| 21 | Ramil Şeydayev | Dinamo (Moskva, Rusiya) |
| 22 | Rüfət Dadaşov | Proysen Münster (Almaniya) |
| 23 | Renat Dadaşov | Pakuş de Fereyra (Portuqaliya) |
| 24 | Vüsal İskəndərli | Keşlə |
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 3 gün sonra Slovakiyanın qonağı olacaq. Trnavadakı Anton Malatinski stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

















































































