
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində birinci oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Vüqar Məmmədin baş məşqçisi olduğu komanda Yunanıstanla üz-üzə gəlib. Yunanıstanın Patra şəhərindəki “Papacharalambio Ethniko” stadionunda keçirilən qarşılaşma Azərbaycan millisinin 1:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Yığmanın heyətində yeganə qolu 62-ci dəqiqədə Berkay Vardar vurub.
Qeyd edək ki, U-17 noyabrın 16-da Almaniya, noyabrın 19-da isə Qazaxıstanla qarşılaşacaq. 9-cu qrupun oyunları Yunanıstanda keçirilir.
17:00. Yunanıstan - Azərbaycan - 6:1
Qollar: Xristos Liatsos, 36 (pen.). 84 Georgios Kutsias, 44. Vasileyas Kitsakis, 45+1. Christopoulos, 71. Georgios Syrmis, 90+4 - Berkay Vardar, 62
Azərbaycan: 22. Amin Ramazanov, 2. Ayxan Süleymanlı, 4. Cəlal Hüseynov (kap.), 5. Mirəli Əhmədov, 6. Yusuf Oral, 7. Gülağa Əsədov, 9. Mehrac Baxşəli, 10. Mirmövsüm Canıyev, 11. Berkay Vardar, 17. Kamal Kazımov, 19. Nicat Quliyev
Hakimlər: Ondrey Peçanek, Radek Kotik (hər ikisi Çexiya), Viktor Matyaş, Denis Şurman (hər ikisi Ukrayna)