"Rəhbərliyim istəsə və düşünsə ki, mən olmasam, işlər daha yaxşı gedə bilər, istefa verərəm. Səbəb budursa, gedə bilərəm".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov "Azərbaycan radiosu"na müsahibəsində deyib. O bildirib ki, istefa üçün Azərbaycan milli komandasının zəif nəticələrinin səbəb göstərilməsi gülməlidir: "Bu, gülməli səbəbdir. AFFA rəhbərliyi olaraq, bəzi insanları qane etmirik. Çünki onların çirikin işlərinə mane oluruq".
E.Məmmədov AFFA prezidenti seçkisində yenidən namizədliyini vermək fikrində olmadığını əlavə edib: "Mən icraçıyam".