
"Üçüncü oyundur ki, eyni heyətlə meydana çıxırıq. Əsas oyunçuların meydandakı istəykli olmasıdır. Şadam ki, qələbə qazandıq. Böyük hesablı qələbə gözləmirdim".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın XIV turunda evdə "Səbail"i 4:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, rəqibin indiki durumu hamını narahat edir: "İstəyirəm ki, "Səbail" ötənilki gücünü qaytarsın. Bir komanda zəifdirsə, baş məşqçinin daha çox ürəyi ağrıyır. Futbolçulara dedim ki, bu qələbə ilə kifayətlənmək olmaz. Eyni rəqibə qarşı kubok oyununu düşünmək lazımdır. Həmin matç daha çətin olacaq".