
"Zirə"nin yeni transferi David Volkov ilkin təəssüratlarını bölüşüb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gürcüstanlı hücumçu yaxşı əhval-ruhiyyədə olduğunu bildirib.
“Zirə”yə keçdiyimə görə şadam. Yanvardan yeni komandama uğur qazanması üçün kömək etmək istəyirəm. Fikrimcə, “Zirə” ilə avrokuboklara vəsiqə qazana bilərik. Bu, bizdən asılı olacaq”.
Qeyd edək ki, Davit Volkov "Qəbələ" ilə müqaviləsi bitdiyi üçün "Zirə"yə azad agent kimi keçib. Onunla 1,5 illik müqavilə bağlanılıb.