UEFA bu mövsüm Türkiyənin İstanbul şəhərində keçiriləcək Çempionlar Liqasının final oyununda istifadə olunacaq topu təqdim edib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Adidas" firması tərəfindən hazırlanan topun üzərində Asiya ilə Avropanı birləşdirən İstanbul körpüsünün fotosu təsvir olunub. Topun üstündəki ağ ulduzlar isə ev sahibi şəhərin mədəniyyətini özündə əks etdirir.
Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 30-da keçiriləcək.