Belarusun "Dinamo" (Minsk) komandasının baş məşqçi postunda dəyişiklik ediləcək. Sportnet.az-ın "Pressball"a istinadən məlumatına görə, Leonid Kuçuk Sergey Qurenkonu əvəzləyəcək.
Ötən mövsümün yekununda paytaxt təmsilçisi çempionatı 4-cü pillədə başa vurub. Cari mövsümdə isə "Dinamo" 5 turdan sonra 6 xalla 12-cidir.
Qeyd edək ki, Leonid Kuçukun son iş yeri Ukrayna "Rux"u olub. 60 yaşlı mütəxəssis bu komandanı 2019-cu ilin dekabrında tərk edib. Belaruslu mütəxəssis Moldova "Şerif"i, Rusiya "Lokomotiv"i və digər komandalardakı işi ilə məşhurdur.