Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Rayan Donkun nənəsi dünyasını dəyişib.
Sportnet.az 34 yaşlı hollandiyalı yarımmüdafiəçinin rəsmi "Instagram" hesabına istinadən xəbər verir ki, o, koronavirusa görə vəfat edib.
Donk hadisəyə kədərləndiyini bildirib: "Möhtəşəm bir nənəmiz var idi. Bu qorxunç xəstəlik onu bizdən çox tez ayırdı, amma onun bizi hər zaman görəcəyini bilirəm. Cismən yanımızda olmasa da, sonsuza qədər qəlbimizdə yaşayacaq. Səninlə hər zaman fəxr edəcəyik”.
İstanbul təmsilçisinin oyunçuları Rayn Donka başsağlığı veriblər.
Qeyd edək ki, Rayan Donk 2016-cı ildən "Qalatasaray"da çıxış edir. Türkiyə Super Liqası koronavirusa görə dayandırılıb.