Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcən püşkatmada 32 komanda 8 qrupa bölünüb.
Eli-raunda vəsiqə qazanmış Azərbaycan millisi 2-ci qrupda mübarizə aparacaq. Komandamızın rəqibləri Portuqaliya, Xorvatiya və Serbiya milliləridir.
Bu mərhələdə qrup qalibləri ilə 2-ci yerin sahibləri final mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, final mərhələsi mayın 6-25-i Bolqarıstanda keçiriləcək.







































































