Marko Nikoliç Rusiya "Lokomotiv"i ilə müqavilə şərtlərini razılaşdırıb.
Sportnet.az-ın "Hotsport"a istinadən məlumatına görə, serbiyalı baş məşqçi Moskva təmsilçisi ilə 2 illik müqavilə bağlayacaq. O, yeni vəzifədə Yuri Syomini əvəzləyəcək. Syominin "dəmiryolçular"la sözləşməsi cari mövsümün sonunadək nəzərdə tutulub. 73 yaşlı mütəxəssis "Lokomotiv"ə 2016-cı ildən rəhbərlik edir. O, əvvəllər 2019 - 2010, 1992 - 2005 və 1986 - 1990-cı illərdə də paytat komandasının sükanı arxasında olub. Syomin 2013/2014 mövsümündə "Qəbələ"də çalışıb.
Nikoliç isə Serbiyanın "Rad", "Voyvodina", "Partizan", Sloveniyanın "Olimpiya" və Macarıstanın "Fehervar" klublarının baş məşqçisi olub. O, 2014-cü ildə "Partizan"a rəhbərlik etdiyi vaxt "Neftçi"ni Avropa Liqasının "pley-off" mərhələsində mübarizədən kənarlaşdırıb - 3:2, 2:1. Bu, Azərbaycan təmsilçisinin ölkə kubokunun finalında Syominin rəhbərlik etdiyi "Qəbələ"ni mübarizədən kənarlaşdırıb avrokuboklara vəsiqə qazandığı ilə təsadüf edib.