
21 yaşadək fubolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsindəki İsveçrə – Azərbaycan matçının vaxtı açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında qarşılaşma bu il noyabrın 12-də keçiriləcək.
Oyunun stadionu və başlanma vaxtı barədə əlavə məlumatın veriləcəyi bildirilib.
Qeyd edək ki, qarşılaşma martın 26-da keçirilməli idi, lakin koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.