
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 2019-cu ildə 93 ölkədə əsas və aşağı liqalarda çıxış edən futbolçularla bağlı araşdırma aparıb.
Sportnet.az-ın məlumatına görə, araşdırma ümumilikdə 132 çempionatı əhatə edib.
Bəzi ölkələrin əsas birinciliyi ilə yanaşı, aşağı liqalarında oynayan oyunçularının da sayı bəlli olub.
CIES Azərbaycanda yalnız Premyer Liqada çıxış edən futbolçuların sayını açıqlayıb. Araşdırmaya əsasən, ölkə çempionatında il ərzində 245 oyunçu meydana çıxıb.
Azərbaycan Premyer Liqası bu göstəricəyə əsasən yalnız Liviya (244), Sinqapur (230), Moldova (225) və Litvanı (216) qabaqlayıb və 128-ci sırada qərarlaşıb.