FIFA Rusiyanın "Rubin" klubunu cəzalandırıb.
Sportnet.az yerli KİV-ə istinadən məlumatına görə, ali futbol qurumu Kazan təmsilçisinə transfer qadağası qoyub.
Səbəb klubun 2018-ci ildə Sloveniya "Olimpiya"sından heyətinə qatdığı xorvatiyalı müdafiəçi Filip Uremoviçin transfer məbləğini qarşı tərəfin hesabına gec köçürdüyü üçün yaranan cəriməni ödəməməsidir.
Nəticədə FIFA-ya müraciət edən Lyublyana təmsilçisi "Rubin"in cəzalandırılmasına nail olub.
Qeyd edək ki, Filip Uremoviçin "Rubin"lə 2024-cü ilin yayınadək müqaviləsi var.