Moldovanın "Kodru" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Lozova təmsilçisi Denis Kalinkova tapşırılıb.
Bu vəzifədə Simeon Bulqarunu əvəzləyən 35 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Moldovalı veteran yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Spikul" komandasına başçılıq edib.
Qeyd edək ki, Denis Kalinkov futbolçu karyerasında Azərbaycanda "Xəzər Lənkəran"ın formasını geyinib. O, 2009/2010 mövsümündə Cənub təmsilçisində çıxış edib.