Rusiyanın "Rubin" və "Krılya Sovetov" klubları Kazan şəhərində gizli yoldaşlıq görüşü keçirib.
Sportnet.az "Championat" nəşrinə istinadən xəbər verir ki, komandalar yerli hakimiyyətin icazəsini gözləmədən bu addımı atıblar. "Ak Bars Arena"dakı görüşün nəticəsi bəlli deyil.
Komandaların Samarada da üz-üzə gələcəkləri gözlənilir.
Qeyd edək ki, martın 17-də dayandırılan Rusiya Premyer Liqası iyunun 19-da bərpa olunacaq.