Almaniyalı futbolçu Benedikt Hövedes 2 il çıxış etdiyi Rusiya "Lokomotiv"indən ayrılıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 32 yaşlı müdafiəçi Moskva təmsilçisi ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Təcrübəli oyunçu ailə vəziyyətinə görə komandanı tərk edib.
Qeyd edək ki, Benedikt Hövedes 2018-ci ilin yayından "Lokomotiv"in formasını geyinirdi.