"Rostov" komandasının qapıçısı Denis Popov Rusiya Premyer Liqasının XXIII turunda "Soçi"yə 1:10 hesabı ilə uduzduqları oyunda top qaytarma sayında rekord müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, 17 yaşlı qolkiper komandasını 15 dəfə qoldan xilas edib. Rusiya Premyer Liqasında "seyv" rekordu 13, cari mövsümdə isə 11 idi.
Qeyd edək ki, "Fişt" stadionundakı qarşılaşmada "Soçi"yə qarşı "Rostov"un 20 yaşdan gənc futbolçuları forma geyinib. Bu, əsas komandanın 6 futbolçusunda koronavirusun aşkarlanması və bütün kollektivlə məşqçilər heyətinin iki həftəlik karantinə alınması ilə əlaqədar olub. "Rostov" görüşü təxirə saldırmağı xahiş etsə də, "Soçi" rədd cavabı verib.