İngiltərənin "Çelsi" klubu braziliyalı futbolçusu Villian və ispaniyalı hücumçusu Pedro Rodrigeslə müqavilənin müddətini uzadıb.
Sportnet.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçu cari mövsümün sonunadək komandada qalacaq.
Onların gələcək taleyinə isə Premyer Liqa baş çatandan sonra aydınlıq gələcək.
Qeyd edək ki, daha əvvəl Pedro Rodrigesin İtaliyanın "Roma" klubuna keçəcəyi iddia olunurdu.