Türkiyənin “Beşiktaş” futbol klubunun iki futbolçusunun COVID-19 testi müsbət nəticə verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun tibb üzrə nümayəndəsi Tekin Kerem Ülkü açıqlama verib. O bildirib ki, komandanın bütün futbolçularının iyunun 24-də verdikləri koronavirus testlərindən ikisinin nəticəsi müsbət olub. Onun sözlərinə görə, virusun aşkarlandığı oyunçuların müalicəsinə başlanılıb.