İdman Arbitraj Məhkəməsi (CAS) İngiltərənin "Mançester Siti" klubu ilə bağlı qərarını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, qurum Premyer Liqa təmsilçisinin şikayətini təmin edib. UEFA-nın "şəhərlilər"in avrokuboklardan 2 il müddətinə kənarlaşdırılması ilə bağlı qərarı ləğv olunub.
Maliyyə feyr-pley qaydalarını pozmaqda günahlandırılan "şəhərlilər" 10 milyon avro cərimələniblər. Klub cəriməni qərar qüvvəyə mindikdən sonra 30 gün müddətində ödəməlidir.