Türkiyə Super Liqasının XXXIII turunda “Başakşehir“ “Kayserispor“a minimal hesabla qalib gəlib.
Sportnet.az xəbər verir ki, 1:0 hesabı ilə qələbə qazanan “Başakşəhər“ tarixində ilk dəfə ölkə çempionu olub.
Yeganə qolu 19-cu dəqiqədə Mahmut Tekdemir vurub. Bununla da "Başakşehir" xalını 69-a çatdırıb. Evdə "Konyaspor"a 3:4 hesabı ilə uduzan "Trabzonspor" 62 xalla 2-ci yerdə gedir. "Gənclərbirliyi"ni 2:0 hesabı ilə yenən "Sivasspor" 3-cü, "Fənərbağça"nı eyni hesabı ilə məğlub edən "Beşiktaş" 59 xalla 4-cüdür. "Qalatasaray" "Göztəpə"yə 3:1 hesabı ilə qalib gəlsə də, 55 xalla 5-ci yerdə gedir və 4-cü yeri tutma şansını itirib.