Fransa Kubokunda PSJ və "Sent Etyen" komandaları arasında final oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Stad de Frans"da təşkil olunmuş qarşılaşma Paris komandasının qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 14-cü dəqiqədə Neymar vurub. Onun komanda yoldaşı Kilian Mbappe 31-ci dəqiqədə Loik Perrenin kobudluğuna məruz qalıb. Nəticədə Mbappe zədə, Perren isə birbaşa qırmızı vərəqə alaraq, meydanı tərk edib.
Beləliklə, rekord sayda - 13-cü dəfə Fransa Kubokunu qazanan PSJ "qızıl dubl" edib. Bu klub daha əvvəl yarımçıq yekunlaşdırılan ölkə çempionatının qalibi olmuşdu.