Zirə” Cəlal Hüseynovla yeni müqavilə imzalayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ilə əvvəlki müqavilə 2022-ci ilin yayında başa çatmalı idi. Yeni razılaşmaya əsasən futbolçu 2024-cü ilin yayına qədər qəsəbə komandasında çıxış edəcək.
Qeyd edək ki, Cəlal Hüseynov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvüdür.