Növbəti mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək "Lids Yunayted" yeni transferini açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda İspaniya "Valensiya"sının futbolçusu Rodriqo Morenonu heyətinə qatıb. 29 yaşlı ispaniyalı hücumçu ilə 4 illik müqavilə imzalanıb, bu klub tarixinin ən bahalı transferi olub.
İngiltərə mediası "Lids Yunayted"in qarşı tərəfə 30 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, Rodriqo Moreno 2019/2020 mövsümündə "Valensiya"nın heyətində 34 oyun keçirib, 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.