İtaliyanın "Cenoa" klubunda 14 yoluxma halı qeydə alınıb.
Sportnet.az-ın məlumatına görə, bu, növbəti yoxlamalardan sonra üzə çıxıb. Yoluxanlar oyunçular və klub nümayəndələridir.
Daha əvvəl yalnız qapıçı Mattia Perinin xəstələndiyi məlum idi. Bununla əlaqədar bütün komanda əlavə testdən keçirilmiş, "Cenoa"nın "Napoli" ilə qarşılaşması isə nəticələri gözləməkdən ötrü 3 saatlıq təxirə salınmışdı.
Qeyd edək ki, bu matç "Napoli"nin qələbəsi ilə yekunlaşıb - 6:0.