Almaniyanın "Leyptsiq" klubunun futbolçusu Dayot Upamekano karyerasını İngiltərədə davam etdirə bilər.
Sportnet.az "Evening News"a istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə "Mançester Yunayted" maraqlanır.
İddiaya görə, "qırmızı şeytanlar" fransalı oyunçunu yayda heyətinə qata bilərdi. Lakin klub 60 milyon avronu ödəməyə razı olmayıb. Hazırda məbləğ bir qədər azaldılıb və danışıqlar davam edir.
Qeyd edək ki, Dayot Upamekano 2017-ci ildən "Leyptsiq"də çıxış edir.