İtalyanın ANSA xəbər agentliyi Çesare Prandellini 2014-cü ilin itirəni elan edib. Sportnet.az-ın məlumatına görə, "Qalatasaray" və milli komanda fəaliyyətinə dair təəccüblü ifadələr işlədib.
"Qalatasaray" ilə yollarını ayıran Çesare Prandelli ölkəsində pis bir ada layiq görülüb. İtalyan xəbər agentliyi (ANSA) abunələrinə "2014: İtirən Prandelli" başlığıyla bir xəbər yayımlayıb. Təcrübəli məşqçinin kabus kimi bir il keçirdiyi fikrində olan agentlik, "Dünya Çempionatı xəyali görürdü. Ancaq İtaliyanı aldatdı. İstanbulda da pis idi" deyə əlavə edilib.
Prandelli üçün "12 ay əvvəl kimsə belə olacağını təxmin edə bilməzdi. Ancaq 2014 Prandellinin unutmaq istəyəcəyi bir il oldu. Keçmiş illərdəki uğurlarından çox uzaq qaldı. Həm milli komanda, həm də "Qalatasaray"da mənfi təsir buraxdı. Belə bir ilin ardından işlərin yenidən yola qoyulması üçün xeyli məşğul olması lazım gələcək." ifadələrinə yer verilib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |