
Qətərdəki 2022-ci il dünya çempionatı azarkeşlərlə keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə FİFA prezidenti Canini İnfantino açıqlama verib.
Pandemiya ilə əlaqədar bir sıra yarışlar məhdud sayda azarkeşlə və ya ümumiyyətlə azarkeşsiz keçirilir.
"Stadionlar tam dolu olacaq. O vaxtadək biz koronavirus pandemiyası ilə yaşamağa öyrəşəcəyik" deyə İnfantino bildirib.
Qeyd edək ki, DÇ-2022 gələn il 21 noyabr - 18 dekabrda keçirilməlidir. Bu qış vaxtı təşkil olunacaq ilk mundialdır.