İspaniyanın "Real Madrid" klubu futbolçusu Serxio Ramosa müqaviləni artırmaq üçün yeni təklif irəli sürüb.
Sportnet.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi iki illik sözləşmə təklifini rədd edib. Madrid təmsilçisi kapitanın maaşını 10 faiz azaltmaq istəyib. Ramos isə bununla razılaşmayıb.
Bildirilib ki, "kral klubu" təcrübəli oyunçuya müqaviləni yeniləmək üçün başqa təklif verməyəcək.
Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən "Real Madrid"in formasını geyinir. O, cari mövsüm 18 matçda iştirak edib və 3 qol vurub. Müdafiəçi fevralın 6-da dizindən əməliyyat olunub və hazırda bərpa prosesi keçir.