Azərbaycan I Divizionunda XXIV turun "Qaradağ Lökbatan" "Sabah-2" oyunu yarım saatadək gec başlayıb.
Yerli klubun prezidenti Bəbir Məmmədovun Sportnet.az-a verdiyi məlumata görə, buna təcili yardım maşının matçın keçirildiyi Lökbatan Olimpiya İdman Kompleksinin stadionuna gec gəlməsi səbəb olub. Məmmədov gecikməni həmin maşının oyun ərəfəsində pandemiya xəstələrinə yardım üçün getməsi ilə əlaqələndirib. O, oyun gec başladığı üçün klubun cərimələnmə ehtimalından məlumatsız olduğunu əlavə edib.
Qeyd edək ki, hazırda oyunun sonlarıdır və "Qaradağ Lökbatan" böyük hesabla qalib gəlir - 4:1.