
Futbol üzrə İtaliya B Seriyasının qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, XXXVI turda "Kozentsa"nı 4:0 hesabı ilə darmadağın edən "Empoli" çempionluğu təmin edib.
Bu qələbədən sonra xallarını 70-ə çatdıran Toskana təmsilçisi sona 2 tur qalmış ən yaxın izləyicisi "Salernitana"nı 7 xal qabaqlayır.
Beləliklə, "Empoli" A Seriyasına yüksələn ilk komanda olub.