
FIFA futbolda yeni islahatların aparılmasını vacib sayır.
Sportnet.az-ın məlumatına görə, bu barədə qurumun prezidenti Canni İnfantino "L Equipe" nəşrinə müsahibəsində deyib.
Funksioner bildirib ki, klublara və oyunçulara konkret yardım göstərməyin vaxtı çatıb: "2000-ci illərdə Avropada çox sayda klubun maddi vəziyyətinin dözülməz hala gəldiyi aydın oldu. Borc və illik maliyyə çatışmazlığı onları orta müddətdə fəlakətə sürüklədi. Maliyyə feyr-pley qaydaları mükəmməl olmaya bilər, amma lazımlı idi və yaxşı nəticələr vermişdi. On il əvvəl Avropada maliyyə feyr-pleyi klub futbolunu xilas etdi".
İnfantinonun sözlərinə görə, FİFA transfer sistemini yenidən nəzərdən keçirir: "Maaşlar, transfer və agentlərə verilən komissiya haqlarına məhdudiyyətlərin tətbiq edilməsini ciddi şəkildə müzakirə edirik. Bu mövzularda tam şəffaflıq olmalıdır".