İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Edinson Kavani avrokuboklarda parlaq nailiyyətə imza atıb.
Sportnet.az-ın məlumatına görə, uruqvaylı hücumçu yarımfinal mərhələsinin hər iki görüşündə 25 ildən sonra dubl edən ilk oyunçu olub. Bu, Avropa Liqasında İtaliya "Roma"sı ilə qarşılaşmalara təsadüf edib.
Daha əvvəl 1985/1986 mövsümündə UEFA Kubokunun yarımfinal mərhələlərində Klaus Allofsun qolları Almaniya "Köln"ünün İspaniya "Real Madrid"ini üstələməsinə yardımçı olub.
Bu mövsüm Kavani "Mançester Yunayted"in heyətində bütün yarışlarda 34 oyuna çıxıb. 34 yaşlı futbolçu 14 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Onun "qırmızı şeytanlar"la müqaviləsi iyunun 30-da başa çatır.
Qeyd edək ki, "Mançester Yunayted" evdə 6:2 hesabı ilə yendiyi "Roma"ya səfərdə uduzub - 2:3.